2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ödənişsiz efir vaxtının bölgüsü və bölgü cədvəli dərc edilib.
Musavat.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası qərar verib.
Cədvəli təqdim edirik:
15 yanvar 2024-cü il
Televiziyada “Dəyirmi masa” formatında
İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış efir vaxtı püşkatma ilə müəyyən edilmiş qaydada və müddətdə (2024-cü il yanvarın 15-dən fevralın 6-dək) “dəyirmi masa” formatında istifadəçilərin sərəncamına veriləcək.
Həftədə 3 dəfə saat 21.00-da başlamaqla televiziyada, 3 dəfə isə saat 21.00-da başlamaqla radioda hər dəfə 1 saat davam edən “dəyirmi masa”da hər bir namizədə 8 dəqiqə 57 saniyə efir vaxtı ayrılacaq.
İstifadəçi ona ayrılmış efir vaxtından qanunvericiliklə müəyyən edilmış qaydada seçkiqabağı təşviqat məqsədləri üçün və “dəyirmi masa” formatında öz mülahizəsinə uyğun istifadə edə bilər.