Prezidentdən Eldar İbrahimovla bağlı SƏRƏNCAM

Eldar Rza oğlu İbrahimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. 

Qeyd edək ki, Eldar İbrahimovun martın 12-də 80 yaşı tamam olur. 

11.03.2025 14:55
1938