Prezidentdən 6 milyonluq SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Musavat.com AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, qırx bir kilometr uzunluğu olan Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 6 (altı) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

05.12.2023 13:20
741