Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyunu şəhid övladları ilə birlikdə əyləşərək izləyiblər.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə şəhid övladları ilə Prezidenti İlham Əliyev arasında səmimi söhbətin görüntüləri yayılıb.
Qeyd edək ki, görüntüləri uşaqlardan biri çəkib.
Musavat.com