Qarabağdan Ermənistana qaçan separatçılar Azərbaycana qarşı ərazi iddialarını aktivləşdirib. Separatçılar İrəvana qayıdandan sonra ilk dövrlər daha səssiz mövqe sərgiləsələr də, artıq qondarma “müqəddəratını təyinetmə” hüququ haqda intensiv olaraq danışmağa başlayıblar.
Dünən – 10 dekabrda isə bu iddialarını beynəlxalq müstəvidə qaldırmağa cəhd ediblər. Ermənistan mediasının məlumatına görə, separatçı fəaliyyətlə məşğul olmuş “siyasi partiya”, “qht”, “media rəhbərlərindən ibarət 120 “təşkilatın” adından BMT Baş katibinə, BMT Təhlükəsizlik Şurasına, ATƏT-in fəaliyyətdə olan sədrinə, keçmiş Minsk qrupu ölkələrinin rəhbərlərinə, Avropa Şurasına, Avropa İttifaqı Şurasının sədrinə, Avropa Parlamentinin sədrinə, MDB-nin baş katibinə, KTMT-nin baş katibinə və NATO-nun baş katibinə müraciət ünvanlanıb.
Müraciəti Qarabağın Azərbaycandan ayrılması haqda 10 dekabr 1991-ci ildə keçirilən qondarma “referendum”un ildönümü ilə əlaqələndiriblər və beynəlxalq təşkilatlardan “öz müqəddəratını təyinetmə” məsələsində kömək istəyiblər.
Belə müraciətlər Azərbaycan ərazisində erməni separatizminin məhv edildiyi reallığını dəyişməyəcək. Lakin bu, Ermənistan ərazisindən Azərbaycana qarşı separatçı iddiaların davam etməsi deməkdir və bu, həm sülh müqaviləsini, həm də bölgədə təhlükəsizliyin təmin edilməsini sual altında sala bilər.
Bununla yanaşı, ölkədə daxili siyasətdə də aktiv günlər yaşanır. Ölkə prezident seçkilərinə hazırlaşır. Müxalifət seçkilərdə necə iştirak edəcək? Hansı formada hazırlıq başlanıb?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: