Prezident onu nazir müavini təyin etdi - FOTO

Fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, general-mayor Adil Abdullayev fövqəladə hallar nazirinin müavini təyin olunub.

Qeyd edək ki, Adil Abdullayev buna qədər Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb. (APA)

26.02.2024 13:43
17938