Prezident İsmət Abasovla bağlı sərəncam İMZALADI

Keçmiş kənd təsərrüfatı naziri İsmət Abasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Musavat.com-un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sənəddə qeyd olunub ki, İsmət Abasov bu ordenlə Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə təltif edilib.

24.05.2024 15:50
6278