Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə səfərdədir.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, dövlət başçısını Ankaranın hava limanında Türkiyənin dövlət və hökumət nümayəndələri qarşılayıb.
Qeyd edək ki, mayın 28-də keçirilən seçkilərin ikinci turunda qalib olmuş Rəcəb Tayyib Ərdoğanın 2028-ci ilə qədər davam edəcək vəzifəsi rəsmən başlayacaq və bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək.
Türkiyə Böyük Millət Məclisində keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.
Musavat.com