Prezident İlham Əliyev “Formula 1”in bu rəsmi şəxslərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də “Formula 1”in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, “Formula 1”in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti bildirib.

15.09.2024 11:15
333