Azərbaycan ilə İsrail arasında tərəfdaşlıq və dostluq əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit ilə görüşündə deyib.
Dövlətimizin başçısı Azərbaycanın İsraildə səfirliyinin açılmasının bu əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə etdi.