Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra tanınmış şəxslərə verilmiş fəxri adların ləğvi ilə bağlı fərman imzalayıb. Bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Musavat.com xəbər verir ki, fərmana əsasən, Ukraynanın keçmiş baş naziri Nikolay Azarov I-III dərəcəli "Xidmətə görə" və V dərəcəli “Knyaz Yaroslav Mudrıy” ordenləri, həmçinin "Ukraynanın əməkdar iqtisadçısı" fəxri adından məhrum edilib. Ali Radanın keçmiş deputatı Viktor Medvedçuk I-III dərəcəli "Xidmətə görə" və V dərəcəli “Knyaz Yaroslav Mudrıy” ordenləri, "Ukraynanın əməkdar hüquqşünası" fəxri adından məhrum olunub. Ukraynanın keçmiş baş prokuroru Viktor Pşonka isə III dərəcəli "Xidmətə görə" ordenindən məhrum edilib.
Bundan əlavə, rusiyalı müğənnilər Nikolay Baskov, Filipp Kirkorov, Aleksandr Malinin və bəstəkar İqor Krutoy "Ukraynanın xalq artisti" fəxri adlarından məhrum ediliblər. Ukraynalı müğənnilər Ani Lorak və Taisiya Povaliy isə "Ukraynanın əməkdar artisti" fəxri adlarından məhrum olunublar.
Ümumilikdə, fərmanla 34 nəfərin fəxri adları ləğv edilib.
Musavat.com