Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndidə bayrağımızı ucaltması müxalifət cameyəsində də rəğbətlə qarşılanıb.
Musavat.com xəbər verir ki, Real Partiyasının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli paylaşım edərək aşağıdakıları qeyd edib:
“Xəbərə bax, yuxu kimidir: Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb!
Bundan gözəl xəbərmi olar?! Prezident Əliyev məmləkətimizin tarixinə düşdü! Yaşa, Var ol Azərbaycan! Eşq!”
Musavat.com