Prezident Baba Vəziroğlu ilə bağlı sərəncam İMZALADI

Baba Vəzir oğlu Məsimov “Şərəf” ordeni ilə təltif edilib.

Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şərəf” ordeni ilə təltif edilib.

 Qeyd edək ki, ötən gün yanvarın 10-da Baba Vəziroğlunun 70 yaşı tamam oldu.

11.01.2024 16:53
4037