Prezident Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sazişi təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sazişi təsdiqləyib.

Musavat.com-un xəbərinə görə, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” sazişlərin təsdiq edilməsi barədə qanunu imzalayıb.

01.12.2022 14:02
226