“Prado” ilə kişini vurub öldürdü

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, Bədəl Mürşüdlü idarə etdiyi "Toyota Prado" markalı avtomobillə yolu keçən piyada Ədalət Abbasovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

21.02.2024 14:56
853