Portuqaliya polisi son bir neçə həftə ərzində Avropada satış üçün nəzərdə tutulan və əsasən Latın Amerikasından gələn 6,5 tondan çox kokain müsadirə edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Euronews yayıb.
Məlumata görə, transmilli cinayət təşkilatının üzvü olduğu güman edilən üç portuqaliyalı həbs edilib. “Tərtər” adlandırılan əməliyyat iki ay ərzində həyata keçirilib, axtarışlar aparılıb, müxtəlif əşyalar və sənədlər, o cümlədən bir neçə bahalı avtomobil götürülüb.
Musavat.com