“Kipr məsələsi Yunanıstan üçün eyni problemdir. Qarabağ probleminə də eyni bucaqdan baxmaq lazımdır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli siyasi ekspert Ara Poqosyan yazıb.
Görünür, adını politoloq qoyan bu revanşist tip Qarabağı Ermənistan torpağı zənn edir.
“Bu mənada mən Kipr və Yunanıstanla hərbi əməkdaşlığın, erməni-yunan-kipr müttəfiqlik platformasının formalaşmasını xüsusilə vacib hesab edirəm. Yunanıstanın Egey dənizində Türkiyə üzərində hava üstünlüyü var və bu, mühüm haldır”, - deyə Poqosyan iddia edib.
Qeyd edək ki, bu gün Cənubi Kiprin xarici işlər naziri Ermənistana səfər edəcək. Bir neçə gün əvvəl isə Ermənistan Yunanıstanın Müdafiə Nazirliyinin rəhbərini qəbul edib.
Musavat.com