Polşaya gedən ukraynalılar çoxalıb

Son günlər Polşa ilə sərhəddə Ukraynanı tərk edənlərin axını artıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti bildirib.

“Ukrayna-Polşa sərhədində Ukraynanı tərk etmək üçün insanların və nəqliyyat vasitələrinin axını artıb. Son günlərdə Ukrayna-Polşa sərhədindən hər gün buraxılan insanların sayı təxminən 25 min nəfər və 5 mindən çox nəqliyyat vahididir”, - deyə departamentin teleqram kanalında dərc olunmuş mesajda deyilir.

Aydınlaşdırılır ki, “Krakovets”, “Rava-Russkaya”, “Ustiluq” və “Şaqini” keçid məntəqələrinin qarşısında avtomobil sıxlığı müşahidə olunur.

Bu axının səbəbi Rusiyanın Ukrayna ərazisinə hücumunun şiddətlənməsi, yeni ərazilərin işğal təhlükəsi altına düşməsidir.

Musavat.com

 

15.05.2024 14:30
398