Polşanın Baş naziri xəsarət aldı

Polşanın Baş naziri Donald Tusk xizək sürərkən xəsarət alıb.

Bu barədə Tusk özü sosial şəbəkələrdə məlumat yayıb.

O, iki qoltuqağacına söykənərək ayaq üstə dayandığı videonu yayıb: "Bu, arzuladığım həftəsonu olmalı idi. Bunu 6 ay əvvəldən planlaşdırmışdım. İki gün nəvələrimlə xizək sürmək".

D.Tusk bir neçə gün qoltuq dəyənəklərindən istifadə etməli olacağını, lakin işini dayandırmaq niyyətində olmadığını qeyd edib.//Report

25.02.2025 18:22
662