Polşanın baş naziri ölkə vətəndaşlarını alman əsgərlərindən qorxmamağa çağırıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Polşanın baş naziri Donald Tusk cəmiyyətə müraciətində deyib:
"Alman əsgərlərini görəndə təlaşa düşməyin. Onlar kömək üçün gəliblər.
Alman hərbçiləri amerikalılar kimi ölkəmizə daşqınla mübarizədə kömək etmək üçün gəliblər".
O, 30 amerikalı hərbçinin ölkəyə eyni məqsədlərlə gəldiyini bildirib. Türkiyə də yardım göstərməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Polşada daşqınlara görə fövqəladə vəziyyətdir. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 7 nəfər ölüb, 4 mindən çox sakin təxliyə edilib. Xilasetmə əməliyyatlarında 16 mindən çox hərbçi iştirak edir.
Nigar HƏSƏNLİ,
Musavat.com