Polşa vətəndaşları ölkə ərazisində alman əsgərlərini görəndə panikaya düşməməlidirlər.
Musavat.com Polsat telekanalına istinadla xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk deyib.
“Alman əsgərlərini (Polşa ərazisində) görəndə, lütfən, təlaşlanmayın. Bu, yardımdır”, - o vurğulayıb və daşqından əziyyət çəkən rayonlarda alman əsgərlərinin əhaliyə kömək edəcəyini bildirib.
Xatırladaq ki, sentyabrın 15-də Tusk X sosial şəbəkəsindəki hesabında daşqın səbəbindən ölkədə təbii fəlakət rejiminin tətbiqinə hazırlıq barədə məlumat verib.
Həmçinin bildirilib ki, Avropanın müxtəlif şəhərlərində yerli hakimiyyət orqanları “Boris” qasırğası ilə əlaqədar bəndlərin möhkəmləndirilməsi üçün tədbirlər görür. Bəzi yaşayış məntəqələri işıqsız qalıb.
Musavat.com