Polşa hakimiyyəti dəfələrlə ABŞ-la NATO-nun “Nüvə bölgüsü” proqramı çərçivəsində öz nüvə silahlarının respublikada yerləşdirilməsi imkanlarını müzakirə edib və lazım gələrsə, buna hazır olduğunu bildirib.
Musavat.com xəbər verir ki, bunu “Fakt” qəzetinə müsahibəsində Polşa prezidenti Anjey Duda deyib.
“Bu, bir müddətdir ki, Polşa-Amerika danışıqlarının mövzusudur. Mən artıq bir neçə dəfə amerikalı tərəfdaşlarımızla bu mövzu haqqında danışmışam. Gizlətməyəcəyəm ki, onlar mənə Polşada nüvə başlıqlarının yerləşdirilməsi barədə sual verəndə buna hazır olduğumuzu bildirmişəm”, - Duda qeyd edib.
Qeyd edək ki, bu, Rusiya üçün olduqca həssas məsələdir. Polşanın bu mövqeyi Kremldə hiddət doğurur.
Musavat.com