Polşada sürücü avtomobilini insanların üzərinə sürdü: Çox sayda yaralı var - FOTO, VİDEO

Polşanın Şesin şəhərində sürücü avtomobilini insanların üzərinə sürüb.

Nəticədə 12-dən çox insan, o cümlədən iki uşaq ağır xəsarətlər alıb.

Hadisə şəhərin mərkəzindəki piyada keçidində baş verib. Sürücü sürəti azaltmadan işıqforun qırmızı işığında keçib və hadisə yerindən qaçıb.

Hazırda polis sürücünü axtarır.

01.03.2024 21:23
728