Polşada məktəbə hücum olub, yaralananlar var

Polşanın şimal-şərqində naməlum şəxs məktəbə hücum edib, xəsarət alanlar var.

“Report” xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.

Qeyd edilib ki, Ostrolenka şəhəri yaxınlığındakı Kadzidlo rayon məktəb kompleksinə bıçaqla hücum edən şəxs 2 nəfəri yaralayıb, özü isə qaça bilib.

29.11.2023 18:44
337