Polşanın “Orlen” enerji konserni Böyük Britaniyanın bp şirkəti ilə neft tədarükünə dair müqavilə imzalayıb.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, müqaviləyə əsasən Polşanın yeganə neft emalı zavodu bp-dən ildə 6 milyon ton neft alacaq.
Qeyd edək ki, bu ilin aprel ayında Polşa Rusiya neftindən tamamilə imtina edib. “Orlen” həmin vaxt “Tatneft”lə olan sonuncu müqaviləni dayandırıb. Ondan əvvəl isə Saudi Aramco ilə müqavilə imzalayaraq tələbatının yarısı həcmində neft alışını təmin edib.
Musavat.com