Polkovnikdən “müharibə” ilə bağlı İLGİNC AÇIQLAMA: “Ehtiyatda olan hərbçilərin təlimlərə cəlb edilməsi...”

Xəbər verdiyimiz kimi, Ermənistan ehtiyatda olan hərbçiləri orduya çağırır.

Bu çağırış müharibəyə doğru ilk addımdırmı?

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Musavat.com-a açıqlamasında bildirib ki, atəşkəs müharibənin sonu deyil.

sair.jpg (31 KB)

Polkovnikin sözlərinə görə, sülh müqaviləsi imzalanana qədər biz müharibə şəraitindəyik:

“Atəşkəs rejiminə riayət olunmur, mütəmadi olaraq təxribatlar törədilir. Əgər işğal dövründə biz təmas xətti deyirdiksə, indi şərti sərhəd deyirik. Azərbaycan ərazi bütövlüyünü bərpa edib, özümüz tərəfindən seçilmiş, yuxarı rəhbərlik tərəfindən təyin edilmiş bir xəttə çıxmışıq və onu sərhəd adlandırırıq.

Azərbaycan ordusunun bölmələri döyüş tapşırığını layiqincə yerinə yetirir. Bu tapşırıq hər hansı bir təxribatın qarşısını almağa hazır olmaq və qarşı tərəfə adekvat cavab verməkdən ibarətdir”.

“Aktiv döyüşlər gözlənilirmi?” sualına hərbi ekspert belə cavab verib:

“Ehtiyatda olan hərbçilərin təlimlərə cəlb edilməsi nümunəsi bütün dünyada var. Ermənistanın hərbi-siyasi rəhbərliyi nüfuzsuz olduğundan prosesləri nəzarət altında saxlaya bilmir. Belə olduğu halda hər an nəsə gözləmək olar. Ancaq biz narahat deyilik. Çünki əməliyyat şəraiti Azərbaycan ordusunun bölmələrinin nəzarəti altındadır. Azərbaycan ordusu öz qüdrəti, iradəsi, professionallığı sayəsində istənilən təxribatın qarşını layiqincə almaq, düşməni darmadağın etmək imkanındadır.

Ali Baş Komandan İlham Əliyev bununla bağlı bir neçə mesajını verib: “Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq”. “Əgər sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirmək istəmirlərsə, sərhəd olmayacaq”. “İstər Ermənistanın daxilində, istərsə də xaricində Azərbaycana qarşı hər hansı bir təhlükə yaranarsa, Azərbaycan dərhal cavab verəcək”.

Digər tərəfdən, qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı səfərində bir daha Türkiyənin mövqeyini təsdiqlədi və lazımi mesajlarını ötürdü”.

Aytən Novruz
Musavat.com

22.06.2023 17:48
2602