Polkovnik Seymur Qurbanov HƏBS OLUNDU

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanov həbs olunub.

Musavat.com xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb. 

Qeyd olunub ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Qurbanov Seymur Pənah oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 311.3.2-ci və digər maddələri ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

***

17:10

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanov saxlanılıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, S.Qurbanov korrupsiya cinayətlərində və dələduzluqda şübhəli bilinir.

Hazırda polkovnikin prokurorluqda ifadəsi alınır.

Xatırladaq ki, ötən gün Xidmətin Daşkəsən rayon şöbəsinin rəisi mayor Anar Əsgərov da həbs olunub.

27.09.2024 18:38
8594