Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir.
Musavat.com xəbər verir ki, o, Lvov şəhərinə çatıb.
Ukrayna lideri Zelenski ilə görüşəcək.
Ərdoğanın heyətində BAYKAR-ın baş direktoru Haluk Bayraktarın da olması diqqət çəkib. Qeyd edək ki, PUA-lar müharibədə fəal rol oynadığından Bayraktar həm Zelenski, həm də Ukrayna xalqı tərəfindən sevilir.
Prezident Ərdoğanı səfərdə, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez, Milli Müdafiə Naziri Hulusi Akar, Kənd Təsərrüfatı və Meşə Naziri Vahit Kirişçi, Ticarət naziri Mehmet Muş, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Rabitə rəhbəri Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Müdafiə Sənayesi sədri İsmail Dəmir, AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik və Baykar baş direktoru Haluk Bayraktar da müşayiət edir.
Bu görüşdən nələr gözlənilir? Ərdoğan bu barışa nail olacaqmı? Ermənilərin terroruna necə cavab veriləcək?
Bu və gündəmdəki bir çox sualları bu gün aparıcı Kamran Həsənlinin təqdimatındakı "Kamranla 1" verilişində izləyə bilərsiz. Verilişin qonağı isə hərbi ekspert Fəhmin Hacıyevdir.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com