Məlum olduğu kimi, ötən gün paytaxtın Sabunçu rayonunda narkopritonda silahlı insident olub. Polis əməkdaşları dəfələrlə məhkum olunmuş Məmmədov Akif Zakir oğlunun evində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli daxil olan məlumat üzrə əməliyyat keçirib.
Nəticədə polisə silahlı müqavimət göstərən şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib. Hadisə yerindən 2 kq müxtəlif növlü narkotik vasitələr və “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.
Musavat.com Baku TV-nin əməliyyat keçirilən evdən çəkdiyi görüntüləri təqdim edir: