Məşhurluq insanaa başqasına qarşı şiddət göstərmək haqqı vermir. Məşhurluğu daşımaq asan deyil. Təəssüf ki, ulduz xəstəliyi bəzən fəsadlara da yol açır.
Musavat.com lent.az-a istinadən məşhurlaşdıqdan sonra adı qanun pozuntularında hallanan məşhurlarımız barədə məlumat verir.
Elə 3 gün öncə Xalq artisti Ağadadaş Ağayevin adı “baltalı” cinayətlə hallandı. Müğənni evinin yanındakı xəstəxananın mühafizəçisinə balta ilə hücum edərək, bir qadını yaraladı və özü də döyüldü.
Müğənni Manaf Ağayev işğaldan azad edilmiş kəndlərə icazəsiz getdiyinə gör 15 gün həbs edildi.
Meyxanaçı Rəşad Dağlı adam öldürdüyünə görə həbs olunub.
Müğənni Rəqsanənin və doğmalarının adı bir zamanlar insan alverində hallanıb.
Prodüser Təranə Səmədova insan alverinə görə həbs olunub.
Müğənni Fədayə Laçın da həbs olunan məşhurlar arasındadır.
Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində ilk təmsilçisi müğənni Samir Cavadzadə dostu Elvin Hüseynovu bıçaqladığına görə həbs olunub və iki ilə yaxın dəmir barmaqlıqlar arxasında yatıb.
Maral Tahirqızı əxlaqsızlıq yuvaları təşkil etmə maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib.
Tanınmış rejissor Aqil M.Quliyev dələduzluq etdiyinə görə həbs olunub.
Teleaparıcı İlham Mirzəyev də dələduzluq ittihamı ilə həbs olunub.
Tanınmış reper Elşad Xose isə narkotikdən müntəzəm istifadə etdiyinə görə həbs olunub.
Meyxanaçı Vahid Qədim 2015-ci ildə dələduzluq maddəsi ilə saxlanılıb.