Bakıda yol polislərinin "dayan” əmrinə tabe olmayaraq digər avtomobillərə zərər vuran Kamran Cəbrayılzadə ilə bağlı qərar verilib.
Musavat.com xəbər verir ki, "Volkswagen Passat” markalı maşının sahibi K.Cəbrayılzadə barəsində istintaq yekunlaşaraq iş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə K.Cəbrayılzadə 2 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sürücü apellyasiya şikayəti verib.