Polis zooparkdan qaçan dəvəquşunu belə TUTDU - MARAQLI GÖRÜNTÜLƏR

Çində qeyri-adi polis təqibi baş verib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları zooparkdan qaçan dəvəquşunu tutublar.

Belə ki, zooparkdan qaçan dəvəquşu avtomobillərin sıx olduğu yola çıxıb.

Görüntülərə əsasən, dəvəquşu hətta yol hərəkəti qaydalarına əməl edib, eyni zamanda təhlükəsizlik qüvvələrinin gözündən yayına bilib.

Bir neçə uğursuz cəhddən sonra dəvəquşu tutularaq zooparka qaytarılıb.

Həmin görüntüləri təqdim edirik:

Musavat.com

07.11.2023 12:56
1478