Polis Qırmızı meydanı əhatəyə alıb - VİDEO

Rusiyanın paytaxtı Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva vilayətindəki terror aktından sonra Kremlin yerləşdiyi Qırmızı meydanı əhatəyə alıb.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, meydana bütün girişlər bağlanıb, orada post-patrul xidməti və xüsusi təyinatlı mobil dəstə (OMON) keşik çəkir.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 60-dan çox insan ölüb, 147 nəfər yaralanıb.

Rusiya Prezidenti “Krokus siti holl”a hücumla bağlı rusiyalılara müraciət etməyib. “RİA Novosti” müraciətin anonsunu versə də, sonradan elanı “texniki xəta” adlandırıb.//Report

@@TVmusavat/81486@@

23.03.2024 07:27
1079