Bakıda model və bloger kimi fəaliyyət göstərən Emilia Dinqoya geyiminə görə polis tərəfindən xəbərdarlıq edilib.
Musavat.com bildirir ki, bu barədə Emilia öz İnstaqram səhifəsində məlumat yayıb.
O qeyd edib ki, polis tərəfindən xəbərdarlığı “Torqovı” adlanan Nizami küçəsində çəhrayı libası və aksesuarları ilə kamera qarşısına keçən zaman alıb:
“Bu fotosessiya zamanı məni polis saxladı. Bu “ağır cinayət”in qarşısını almaq üçün 6 nəfər serjant qaçaraq gəldi. Hansı qanunu pozduğumu soruşanda mənə belə cavab verdilər:
“Belə geyimdə çəkiliş qadağandır”, “Bura plyaj deyil”, “Bura Azərbaycandır, eşidirsiz?”, “Ana-bacı baxır”, “Şəkilləri silin”...
Təsadüfən bu qanunları konstitusiyada görmüsünüzsə, skrinşot edib mənə göndərin”.
Emilia həmçinin qeyd edib ki, həmin fotosessiyanı 6 aya hazırlayıb, bunun üçün təxminən 2500 manat xərcləyib.
Xalidə Gəray
Musavat.com