Polis polkovnik-leytenantının qızı oğlunu öldürdü, meyitini çamadana qoyub zibilliyə atdı - FOTO

Oğlunu öldürüb cəsədini çamadanda zibil qutusuna atmaqda şübhəli bilinən permli qadın polis ailəsində doğulub. Atası polkovnik-leytenantdır və ömrü boyu rayon Dövlət Yol Müfəttişliyində işləyib.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, bu barədə şübhəlinin ailəsini tanıyan qonşuları məlumat verib.

"O, Motovixili rayonunda doğulub boya-başa çatıb. Sonra bir müddət bizi onu görmədik və başqa yerdə yaşadı. 2-3 il əvvəl bura qayıtdı. Atası polis polkovnik-leytenantıdır, rayon Dövlət Yol Müfəttişliyində işləyirdi. Ailə çox yaxşıdır. Əxlaqlı və ləyaqətli insanlar. Şübhəlinin iki böyük qardaşı var, onlardan biri hazırda Moskvada yaşayır", - ailəni tanıyan qonşular bildirib.

Qonşuların sözlərinə görə, şübhəlinin yaşadığı mənzil onun valideynlərinə məxsusdur. O, qayıtdıqda, valideynləri yayda baş evində yaşamağa başlayıblar və qış üçün Soçiyə gediblər və orada kirayə ev tutublar.

Qonşular onu da xatırladıblar ki, 9 yaşlı oğlunu vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən qadın vaxtaşırı birgə yaşadığı kişi ilə yüksək səslə mübahisə edib.

Onların heç biri uşağı görünməyib, uşaq meydançasına aparılmayıb, bəzilərinin oğlunun olmasından belə xəbəri olmayıb.

Şübhəli qadın hələ ki saxlanılmayıb. O, öldürdüyü oğlunun cəsədi olan çamadanı Perm şəhərinin mərkəzindəki konteyner sahəsinin yaxınlığında qoyub və qaçıb.

14.07.2024 00:26
2180