Polis hər yerdə bu qızı axtarır: Görün nə edib... - FOTO

Ötən gün Abşeron rayonunun Hökməli kəndində 11 yaşlı məktəbli itkin düşüb.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Qeyd olunub ki, 11 yaşlı qız Hökməli kəndindən avtovağzala gəlmək üçün 156 saylı avtobusa minib.

"Avtovağzaldan isə 91 saylı avtobusla 299 nömrəli məktəbə getməli imiş. Təxminən saat 16 radələrində uşağın məktəblinin valideynlərinə onun məktəbə gəlmədiyi ilə bağlı məlumat verilib. Bundan sonra isə axtarış elan olunub", - deyə məlumatda bildirilir.

30.05.2024 12:40
1296