Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Qəmbər Mirqani və Asif Ələkbərov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, həmin şəxslərdən müxtəlif çəkilərdə heroin, metamfetamin və xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.