Polis əməliyyat keçirdi - 11 kiloqram narkotik dövriyyədən çıxarıldı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 7-də ümumi çəkisi 11,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,7 kiloqrama yaxın heroin, 5,7 kiloqramdan artıq marixuana, həmçinin 871 ədəd psixotrop tərkibli həb olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

08.03.2025 10:22
361