Polis dağda köməksiz qalanları xilas etdi

Dağda köməksiz vəziyyətdə qalan şəxsləri polislər xilas edib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Lerik rayonuna gəzintiyə gələn 3 nəfər çıxdıqları sərt dağlıq ərazidən düşə bilməyərək köməksiz vəziyyətdə qalıblar. 

Əraziyə Lerik Rayon Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Nəticədə həmin şəxslər Lerik rayonunun Buzeyir kəndindəki dağlıq ərazidən çıxarılıblar.

Xəsarət alan olmayıb.

13.08.2023 00:38
551