Polis avtobusun şüşəsini sındıran kişini aşkarladı

Mayın 17-də paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Musavat.com-a bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

Musavat.com

20.05.2025 23:14
621