Şəki rayonunun Oxud kənd sakini, 1995-ci il təvəllüdlü Abidova Aytən Tahir qızı iyulun 9-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Bu barədə Musavat.com-a DİN-dən bildirilib.
Qeyd edilib ki, sonuncu dəfə evdən gedərkən üzərində şabalıdı rəngli cins şalvar, qara rəngli köynək və qara idman ayaqqabısı olub.
“Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - məlumatda deyilir.