Sumqayıt şəhəri və Bakının Xətai rayonunda dələduzluq və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
Musavat.com DİN-ə istinadla xəbər verir ki, onlardan ilki 54 yaşlı Ə.Abdullayev zərərçəkənin etibarından sui-istifadə edərək onunla şərikli biznes quracağı barədə yalan vədlərlə 20 000 manat pulu mənimsəyib.
Digər bədəməl bir nəfərin bank kartından 7300 manatını oğurlamaqda şübhəli bilinən 36 yaşlı T.Abbasovdur.
Araşdırmalar aparılır.