"Polat Alemdar"ın vəziyyəti pisləşdi

"Kurtlar Vadisi" serialında "Polat Alemdar" obrazı ilə məşhurlaşan aktyor Necati Şaşmaz əməliyyat olunub.

Musavat.com Bakupost.az-a istinadla bildirir ki, aktyorun vəziyyəti ötən gün günorta saatlarında pisləşərək xəstəxanaya yerləşdirilib. Daha sonra Şaşmaz koronar angioqrafiya (anju) əməliyyatına alınıb.

3 saat davam edən əməliyyatdan sonra o, reanimasiyaya yerləşdirilib.

Məlumata görə, hazırda vəziyyəti yaxşıdır.

28.10.2022 09:55
8599