Polad Həşimovun anası:" Onlar bizim qəhrəmanlarımızdır"

"Bizim igidləri əymək istəyənlər olsa da, əyilmədilər. Onlar bizim qəhrəmanlarımızdır".

Musavat.com xəbər verir ki, bu sözləri şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.

"İki il keçir, amma bizim yaramız hələ də təzədir. Valideynlər üçün çox çətindir. Dərdi çəkən bilər, başqa heç kim bilə bilməz biz nələr çəkirik. Allah şəhidlərimizə rəhmət eləsin. Mən başqa bir söz deyə bilmərəm", -deyə qəhrəman şəhidin anası bildirib.


Nigar Həsənli,
Musavat.com

27.09.2022 13:09
828