Ukraynada kimyəvi silahlarla bağlı saxta məlumatlar rusiyalıların kütləvi hərbi cinayətlərinə haqq qazandırmaq üçün növbəti cəhdidir.
Musavat.com-un xəbərinə görə, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də yazıb.
Müşavir qeyd edib ki, rusiyalılar artıq “çirkli nüvə bombası”, “müharibə göyərçinləri” və “Zaparojye AES-də 180 dərəcə dönən möcüzə mərmiləri” haqqında saxta məlumatlar yayıblar.