Kamal Kılıçdaroğlunun seçkilərdə məğlub olması terror təşkilatı PKK-nı da narahat edib.
Musavat.com xəbər verir ki, bu barədə “Haber7”də yayımlanmış xəbərdə qeyd edilib.
Bildirilir ki, PKK rəhbəri Murad Qarailan məğlubiyyətdən sonra CHP liderini hədəfə alıb.
O açıqlamasında bildirib ki, CHP-nin namizədi Kılıçdaroğlu olmasaydı vəziyyət fərqli ola bilərdi: " Kılıçdaroğlunun namizədliyin irəli sürülməsi və aydınlaşdırılmasında çatışmazlıqlar var idi. Vəziyyət doğru dəyərləndirilsəydi, faşizmə qalib gələ bilərdilər”.
Musavat.com