PKK-nın Paris üzrə “məsul” şəxsi İstanbulda saxlanıldı

PKK-nın Paris üzrə “məsul” şəxsi İstanbulda saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, terror təşkilatı PKK/KCK-nın Paris üzrə “məsul” şəxsi Sərhat G. İstanbul hava limanında saxlanılıb. Onun Fransadan İstanbula gəldiyi bildirilir.

Qeyd edək ki, sözügedən şəxs həmçinin, İnterpol tərəfindən “qırmızı” bülletenlə axtarışda olub.

13.04.2024 18:34
832