Piyadanın günahından baş verən qəzalarda sürücülərin cəzalandırılması doğrudurmu? -AÇIQLAMA

Yolun piyada keçidi üçün nəzərdə tutulmayan hissəsindən istifadə edənlər yol qəzalarına səbəb olur. Onların məsuliyyətsizliyi isə həm özlərinə, həm də sürücülərə baha başa gəlir. Bu qəbildən olan qəzaların artması isə belə bir sualı yenidən aktullaşdırır:

Piyadanın səhlənkarlığına görə baş verən qəzada sürücü cinayət məsuliyyətindən azad oluna bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa görə, piyada zolağı olmayan yerlərdə, yaxud tənzimlənməyən yol ayrıclarında piyadalar digər yol nəqliyyat iştirakçılarına nisbətdə üstünlük hüququna malikdirlər.

“Əgər avtonəqliyyat hadisəsi zamanı piyadanın sağlamlığına ziyan vuran, yaxud ölümü ilə nəticələnən hal baş verərsə araşdırmanı aparan təhqiqatçı bu barədə suala özü birbaşa cavab verə bilməz. Çünki bu birbaşa məhkəmə avtotexnixi ekspertizasının aydınlaşdıracağı sualdır. Əgər sürücünün qəzanın qarşısını almaq üçün texniki imkanları olduğu sübuta yetirilərsə, iş birbaşa məhkəməyə göndərilir. Bu məsələ ilə bağlı hakimlər öz daxili inamlarına və sübutlara əsaslanaraq qərar verirlər”.

16.11.2023 20:20
899