Piyadanı öldürüb hadisə yerindən qaçan sürücü tutuldu

Bakıda piyadanı öldürüb hadisə yerindən qaçan sürücü tutulub.

Hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Şamxal Şirinov idarə etdiyi BMV markalı avtomobillə Bahar Əsgərovanı vuraraq hadisə yerindən qaçıb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.//Report

01.04.2025 09:54
509