Pit Heqset müavinsiz qaldı

ABŞ müdafiə naziri Pit Heqsetin qərargah rəisi Co Kasper yaxın günlərdə vəzifəsini tərk edəcək.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Baş məsləhətçi Den Kolduell, Heqsetin baş qərargah rəisinin müavini və müdafiə katibinin müavini, gizli “Signal” skandalı ilə əlaqədar məlumatların sızmasıyla bağlı araşdırma fonunda bu həftə məzuniyyətə göndərildi.

Məlumata görə, hər üçü cümə günü işdən çıxarılıb. İşdən çıxarılan işçilərdən ikisi buna etiraz edərək məhkəməyə müraciət etməyi planlaşdırır.

Qovulmalar fevral ayında keçmiş Birləşmiş Qərargah Rəisləri sədri general Braun və Dəniz Əməliyyatları rəisi admiral Liza Françetti də daxil olmaqla ordunun yüksək səviyyəli əməkdaşlarının təmizlənməsindən sonra baş verib.

Bayden administrasiyasında müdafiə nazirinin ictimai məsələlər üzrə köməkçisi vəzifəsində çalışan Kris Miger bunları söyləyib:

“Hamı bilirdi ki, Pit Heqsetin liderlik bacarığı, keçmişi və ya müdafiə naziri olmaq təcrübəsi yoxdur. O, rəhbərlik etmək üçün lazım olan keyfiyyətlərə sahib deyil”.

Musavat.com

19.04.2025 17:48
198